!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinlə Con Bolton görüşəcək: Hegemon güclər bir-birindən nə istəyir?

!Reklam – Yazi

Rusiya Dövlət Başçısı Vladimir Putin çərşənbə axşamı ABŞ Milli Təhlükəsizlik müşaviri Con Boltonla görüşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Prezident Putin Boltonla çərşənbə axşamı görüşəcək. Görüş çox əhəmiyyətli olacaq. Çox sayda mövzu ətrafında fikir mübadiləsi aparılacaq. Cavablardan daha çox suallar olacaq” – deyə Peskov qeyd edib.

Bazar ertəsi Bolton Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb. Beş saat davam edən görüşdə ABŞ-Rusiya arasındakı ikitərəfli əlaqələr, strateji sabitlik və qlobal təhlükəsizlik məsələləri, silahsızlanma və ya silahlanmaya nəzarət, regional böhran məsələləri ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bazar ertəsi Boltonla danışıqlar masasına əyləşib. 90 dəqiqə qapalı qapılar arxasında davam edən görüşdə nələrin müzakirə edildiyi barədə tərəflər heç bir məlumat verməyib.

Qeyd edək ki, Peskov əvvəlki bəyanatlarından birində Kremlin ABŞ prezidenti Donald Trampın Orta Mənzilli Raketlərin Ləğvinə dair Müqavilədən (INF) çıxmaq barədə qərarının əsl səbəblərinə Con Boltonun aydınlıq gətirəcəyi barədə ümidlərini dilə gətirmişdi.

Həşim Səhrablı

www.yenicag.az

2865
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv