Putinlə Ərdoğan görüşündə Ankaradakı terrordan bəhs edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Kazanda görüş keçirilib.

Yenicag.az xəbər verir ki, Ərdoğan görüşün əvvəlində Türkiyədəki terror hadisəsindən danışıb.

“4 şəhidimiz var, 14 yaralımız var. TUSAŞ-dakı bu hücumu lənətləyirəm, şəhidlərimizə rəhmət diləyirəm”, – deyə Ərdoğan bildirib.

Putin isə Türkiyəyə başsağlığı verərək: “TUSAŞ-dakı terror hücumunu şiddətlə qınayırıq”, – deyə qeyd eidb.

COP29