!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinlə Ərdoğanın “Gülən” ittifaqı…

!Reklam – Yazi

ondortRusiya prezidenti Vladimir Putin, Rusiya kəşfiyyat orqanlarının, 2013-ci ildə xarici ölkələrin 46 ştatlı kəşfiyyatçısını və 258 agentini ələ keçirdiyini açıqlayıb.

Rusiya Dövlət Başçısı Vladimir Putin, Federal Təhlükəsizlik Xidməti (FSB) yığıncağında etdiyi çıxışda, “Keçdiyimiz il təhlükəsizlik orqanlarının səyləri sayəsində xarici dövlətlərin xüsusi xidmətlərinin 46 ştatlı kəşfiyyatçısı və 258 agentinin fəaliyyətinə son verildi” deyib.

Xarici kəşfiyyat ilə mübarizə çərçivəsində milli informasiya qaynaqları, ünsiyyət xəttləri və dövlət sirlərini ehtiva edən məlumat bazalarının təhlükəsizliyini gücləndirmək lazım olduğunu vurğulayan Putin, “Məlumat sahəsində bizə hücum cəhdlərinin davam edəcəyi gerçəyinə hazırlıqlı olmaq lazımdır” dedi.

Ötən il Rusiya Federasiyası dövlət idarəetmə orqanlarını hədəf alan 9 milyon əməliyyatın qarşısının alındığı da açıqlandı.

O da qeyd olunur ki, deşifrə olunan agentlərin bir çoxu Amerika Birləşmiş Ştatlarına casusluq edən şəxslərdir. Bunlar arasında müxtəlif ölkə vətəndaşları var. O cümlədən, Türkiyə vətəndaşları da üstünlük təşkil edir.

Eləcə də, Ərdoğanın qələbəsini ilk təbrik edən dövlət adamının Putin olması deməyə əsas verir ki, Gülən hərəkatına qarşı da parallel hərəkət ediləcəkdir. Gülənin Amerikada yaşaması və camaatının Özbəkistanda baş verən hadisələrə qarışması Putini hər zaman narahat etmişdir. Türk dövləti arxasında olduğu zaman da Gülənə qarşı məsafəli olan Putinin bundan sonra daha sərt tədbirlər görəcəyi ehtimal olunur.

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv