Hərtərəfli tərəfdaşlıq haqqında müqavilədə iştirakçılarından birinə qarşı təcavüz olduqda, qarşılıqlı yardım göstərilməsi nəzərdə tutulub. Moskva imzalanmış sazişə uyğun olaraq Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə hərbi-texniki əməkdaşlıq imkanlarını da istisna etmir.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KXDR lideri Kim Çen In ilə Pxenyanda aparılmış danışıqlarından sonra mətbuat üçün bəyanatla çıxışı zamanı söyləyib. V.Putin bildirib ki, Rusiya Prezidenti hər iki ölkənin müstəqil xarici siyasət yürütdüyünü, şantaj və diktatura dilini qəbul etmədiyini diqqətə çatdırıb.
Kim Çen In, öz növbəsində, Moskva və Pxenyan arasında bağlanmış sazişi “dinc və müdafiə xarakterli”, yeni çoxqütblü dünyanın yaradılmasını sürətləndirəcək sənəd adlandırıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Liderlər Pxenyanda aparılmış danışıqlarından sonra mətbuat üçün bəyanatla çıxış ediblər.