Putinlə Netanyahu nəyi müzakirə etdi? – Telefon danışığı

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, telefon danışığında əsas müzakirə mövzusu ABŞ-ın Suriyadan qoşunlarını çıxarması barədə qərarından sonra yaranan vəziyyət olub.

Bundan başqa, B.Netanyahu Maqnitoqorsk şəhərində baş vermiş partlayışla əlaqədar V.Putinə başsağlığı verib