Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Yenicag.az-ın məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb:
“Dağlıq Qarabağ məsələsinə toxunulmayıb. İkitərəfli münasibətlərlə və ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı ətraflı danışıqlar baş tutub”./Trend/