Putinlə Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığında Qazaxıstanda KTMT-nin sülhməramlı əməliyyatının gedişi ilə bağlı fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı, həmçinin Qarabağ ətrafında mövcud vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası ilə bağlı bəzi məsələlər də müzakirə edilib.