Ukrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarı Vladimir Putin ilə telefonla danışıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, liderlər Rusiyada mühakimə olunan ukraynalılarla bağlı vəziyyəti müzakirə edib.
Ukrayna prezidenti Rusiya həbsxanalarında və işğal olunmuş ərazilərdə saxlanılan ukraynalı girovların, həmçinin insan haqları üzrə müvəkkil Lyudmila Denisova və Oleq Sençovun buraxılmasının vacibliyini bildirib.