“Putinlə Tramp arasında görüş müzakirə edilməyib”

Xəbər verdiyimiz kimi, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov görüş barədə bəzi aıqlamalar verib.

O bildirib ki, liderlər şəxsi görüş barədə müzkirə aparmayıblar.

“Amma görüşün gələcəkdə baş tutacağına dair ümumi fikir var”, – deyə Peskov qeyd edib.