!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinlə Tramp birgə bəyanatdan imtina etdilər

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin danışıqların yekunları üzrə birgə bəyanat qəbul etməyiblər.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, iki ölkə lideri mətbuat konfransı ilə kifayətləniblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş bu gün Finlandiyanın paytaxtı Helsinkidə baş tutub.

Görüşdən sonra təşkil olunan mətbuat konfransının sonunda Putin Trampa Rusiyada keçirilən Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq “Melani, götür, oğlum bu topla oynayacaq” deyib.

Tramp da öz növbəsində Putinə ABŞ-ın “Washington Capitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib.

www.yenicag.az

10721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv