“Putinlə Trampın görüşü yaxşı hazırlanmalıdır”

Donald Tramp və Vladimir Putin arasında mümkün görüşlə bağlı hələlik konkret təfərrüatlar yoxdur. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Tərəflər başa düşürlər ki, görüş baş tutmalı və yaxşı hazırlanmalıdır. Putinlə Tramp arasında yeni telefon danışığı hələ planlaşdırılmır. Lakin ehtiyac yaranarsa, onu tez bir zamanda təşkil etmək olar”, – deyə diplomat qeyd edib. /unikal