Pxenyandan gözlənilməz BƏYANAT: ABŞ-la danışıqlar bir neçə həftəyə başlaya bilər

Şimali Koreya ilə ABŞ arasında birbaşa danışıqların yaxın müddətdə baş tuta biləcəyi vurğulanır.

Yenicag.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ-la danışıqların mümkünlüyünə dair açıqlama yayıb.

Açıqlamada həmçinin ölkənin təhlükəsizliyinə və inkişafına qarşı təhdidlər aradan qaldırılmadığı təqdirdə, Şimali Koreyanın nüvə silahından imtina etməyəcəyi bildirilib.

Firuzə Alimova

COP29