PYD terrorçuları Türkiyə ordusuna kütləvi surətdə təslim olur – VİDEO

Vaşinqtonun Suriyada yürütdüyü yanlış siyasət nəticəsində ABŞ regionda özünün təsir imkanlarını tədricən itirir.

Yenicag.ru-nun məlumatına görə, Türkiyənin ötən həftədən etibarən Afrin bölgəsində başlatdığı “Zeytun budağı” əməliyyatı Suriya böhranının dönüş nöqtəsi kimi qiymətləndirilir.

Azad Suriya Ordusunun (ASO) iştirakı ilə sürətlə davam etdirilən “Zeytun budağı” əməliyyatı bu ərəb dövlətində artıq 7 ildir davam edən qanlı müharibənin çox mühüm mərhələsi hesab olunur.

ABŞ-dan hərtərəfli dəstək alan PYD/YPG terrorçuları əməliyyatın ilk günündən başlayaraq, Türkiyə ordusunun təzyiqinə davam gətirmir və qaçırlar.

Qeyd olunur ki, Türkiyə hərbi birlikləri və ASO bölmələri artıq Afrin şəhərinin girişinə yaxınlaşıblar. Terrorçuların şəhər ətrafında qurduqları möhkəmləndirilmiş müdafiə xətti dağıdılıb. Hücumlara tab gətirməyən terrorçular isə kütləvi surətdə Türkiyə ordusuna təslim olurlar.

COP29