Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qabiliyyət imtahanı üçün müsabiqənin keçirilməsi ŞƏRTLƏRİ

Dövlət İmtahan Mərkəz orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, norma­tivlər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

www.yenicag.az

289