!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qabiliyyət imtahanına hazırlaşanların diqqətinə - Yerlərin sayı açıqlandı

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 3-cü nömrəsini çap edib.

DİM-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumatda bildirilib ki, bu nömrədə 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Qaydalara əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. İxtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə aparılır.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər. Qabiliyyət imtahanında iştirak etmək üçün qəbul (cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər (fənlər üzrə bal məhdudiyyəti tələb olunmur) iyulun 6-dan 16-dək DİM-in internet saytında eservices.dim.gov.az/erizetex/qabiliyyet səhifəsinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanları iyulun 30-dan avqustun 3-dək Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilimiş qaydada keçiriləcək.

“Abituriyent” 3 jurnalını DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

www.yenicag.az

3379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv