!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qabonda dövlət çevrilişinə cəhd edən hərbçilər həbs olundu

!Reklam – Yazi

Qabonda milli radiostansiyasını tutaraq dövlət çevrilişinə cəhd edən üsyançı hərbçilər həbs edilib.

Bu barədə rəsmi hökumət nümayəndəsinin vəzifələrini icra edən, kommunikasiya naziri Guy Bertran Maponqu məlumat yayıb.

Nazirin sözlərinə görə, iki-üç saat ərzində ölkədə vəziyyət tamamilə normallaşacaq.

***

12:36

Afrika ölkəsi Qabonda hərbi çevriliş baş verib.

Yenicag.az-ın məlumatına görə, bu xəbəri Qabon dövlət radiosunda baş leytenant Ondo Obianq Kelli elan edib.

Qeyd olunur ki, səhər saatlarında televiziya binasına daxil olan hərbçilər hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə “Milli bərpa şurası”nın yaradılacağını bəyan edib.

O, general Ntumpa Lebanini Milli Məclisə dəvət edib və qurumların, din adamlarının burada keçiriləcək iclasa qatılması üçün çağırış edib.

Xatırladaq ki, Qabon prezidenti Əli Bonqo Ondimba ötən ilin oktyabrında insult diaqnozu xəstəxanaya yerləşdirilmişdi. Həmin müddətdən onun səhhətində problemlərin davam etdiyi deyilirdi.

www.yenicag.az

4861
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv