Qaçaq cinayətkar iki əsgəri yaraladı: özü isə öldürüldü – VIDEO

Antalyanın Aksu mahalında iki əsgəri yaralayan cinayətkar məhv edilib.

Yenicag.az xəbər verir ki, daha öncə bir jandarma əsgərini yaralamaqda şübhəli bilinən Abdullah Özer onu yaxalamaq üçün əməliyyat keçirən jandarma qrupuna atəş açıb.

Nəticədə iki əsgər yaralanıb. Özer isə cavab atəşi nəticəsində məhv edilib.

Yaralı əsgərlər Sahil Təhlükəsizlik Mərkəzinə aid helikopterlə Akdeniz universiteti xəstəxanasına gətirilib.