Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qaçırdığı qızı əlindən alıb, onu...” - Masallıda intihar edən gənclə bağlı şok təfərrüat

Masallı rayonu Xırmandalı kəndində özünü asaraq intihar edən 21 yaşlı Samid Zeynalovun ölümü ilə bağlı təfərrüatlar ortaya çıxıb.

Yenicag.az-a danışan Xırmandalı kənd bələdiyyəsinin sədri Quliyev Üzeyir hadisə ilə bağlı dəhşətli faktlar açıqlayıb:

“Samid hərbi xidmətdən yenicə qayıtmışdı. Ailənin tək övladıdı. Onun atası anasından boşanaraq başqa qadınla ailə qurub. Rəhmətliyin ölümü qız üstündə olub. İki ay əvvəl sevdiyi qızı qaçırıb. Anası buna görə oğlunu danlayıb. Qız iki gün oğlangildə qalıb. Yaşı nikaha düşmədiyi üçün qızın ailəsi onu geri qaytarıblar. Qızın ailəsi onları aldadıb ki, gəlin nişan qoyun, nikah yaşı çatanda toy edib apararsınız. Bunlar nişan üçün gedəndə isə, narazılıqlarını bildirib, yox deyiblər. Bəlli olub ki, qızı ayrı oğlana ərə vermək istəyirlər. Oğlan da anası ilə mübahisə edib, sonradan tövlədə özünü asıb”.

Onun sözlərinə görə, oğlanı həyata qaytarmaq istəsələr də, mümkün olmayıb:

“Hay-haray düşüb, nə qədər çalışıb, oğlana süni nəfəs veriblər, ürəyini massaj ediblər, lakin onu həyata qaytarmaq mümkün olmayıb”.

Qeyd edək ki, xəbəri ilk olaraq Report yayıb.

Cəvahir Səlimqızı

www.yenicag.az

2957
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100