Qaçqın şəhərciyində yanğın – 5 nəfər tüstüdən zəhərləndi

Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, yanğın 8 saylı doqquzmərtəbəli binanın 3-cü blokunun 6-cı mərtəbəsində liftdə baş verən qısaqapanmadan başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Daha üç “təcili yardım” maşını hadisə yerinə göndərilib.

Yanğın söndürülüb.

COP29