Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Qaçqınkom" sədrinin nəvəsinin cəzası açıqlandı

Baş Nazirin müavini, “Qaçkınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılması barədə xəbər vermişdik.

Yenicag.az-ın məlumatına görə, bədbəxt hadisə zamanı maşının Nail Allahverdiyev tərəfindən idarə olunduğu təsdiqlənib.

Artıq DİN-in mətbuat katibi, polkovnik Ehsan Zahidov da bildirib ki, qəzanı törədən şəxs cinayət məsuliyyətinə cəlb olunacaq.

Bəs, görəsən “Qaçqınkom” sədrinin nəvəsini hansı cəzalar gözləyir?

Yenicag.az məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü İlqar Musayevə müraciət edib. Saytımıza açıqlama verən hüquqşunas Nail Allahverdiyevi gözləyən cəzanı açıqlayıb:

“Qəza zamanı 2 və daha çox adam ölübsə, deməli, bu, Cinayət Məcəlləsinin 263.3 bəndinə uyğundur. Əməlin cəzası 5 il nəqliyyat vasitələrinin idarə edilməsi hüququnun məhdudlaşdırılması və 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmədir. 263.3 maddəsi avtoqəzada ən ağır cəzanı müəyyən edən bənddir. Bənd iki və artıq adamın ölümünü nəzərdə tutur. Belə olan halda bənddə bütünlüklə şikəst etmə, avtoxuliqanlıq və s. nəzərdə tutulur. Yəni, 2 və ya 5 nəfər ölüb, iki şəxs də şikəst qalıbsa, verilmiş ittiham dəyişmir. Ayrıca şikəst etmə və ya avtoxuliqanlıq üzrə ittiham və ya inzibati məsuliyyət tətbiq olunmur. Çünki əməlin özü qəsd yox, ehtiyatsızlıq nəticəsində baş verib. Bəzi ölkələrin qanunvericiliyində belə əməl dolaylı qəsd kimi nəzərdə tutulur və cəzası ağır olur. Burada istintaq zamanı avtotexniki ekspertizanın rəyi də mühüm əhəmiyyət kəsb edəcək”.

Qeyd edək ki, qəza nəticəsində piyada Əsədov Vaqif və “Gelandewagen”də olan Əliyev Mehdi dünyasını dəyişib. Digər iki piyadanın – Türkiyə vətəndaşları Mütallib Tekiş və xanımı Songül Tekişin vəziyyəti olduqca ağırdır.

EMİN SƏFƏROV

Yenicag.az

www.yenicag.az

422
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM