Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Qaçqınkom" sədrinin nəvəsinin maşını KÜL OLDU - Sürücü içində yandı

Bakının Heydər Əliyev prospektində dəhşətli qəzanın baş verdiyini xəbər vermişdik. Yenicag.az xəbər verir ki, “Gelandewagen” markalı maşın idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Qəfildən alışan avtomobil qapılarını açmaq mümkün olmadığından 3 nəfər yanaraq, dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, qəza zamanı iki Türkiyə vətəndaşı ağır yaralanıb. Ər-arvad olan Tekin ailəsindən qadının (adını dəqiqləşdirməyə çalışırıq) hazırda “Semaşko”nun Nevrocərrahiyyə korpusunun reanimasiya şöbəsində olduğu, kişinin (Mustafa Tekin) isə vəziyyətinin daha ağır olması nəzərə alınaraq, Medical Hospitala aparılıb.

Mətbuatda hadisə zamanı maşında yanaraq həlak olanlardan birinin Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olduğuna dair xəbərlər yayılıb. Ancaq xəbər təkzib olunub,  hadisə zamanı Nail Allahverdiyevin evdə olduğu bildirilib. Ancaq yanan maşın onundur. Ona məxsus 10-PP-203 dövlət nömrə nişanlı avtomobili isə Allahverdiyevin sürücüsü idarə edib. Həlak olan da maşının sürücüsüdür. “Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib. Lakin bəzi mənbələr Nail Allahverdiyevin də avtomobildə olduğunu və yaralandığını iddia edirlər.

Qeyd edək ki, 10-PP-203 dövlət nömrə nişanlı avtomobil sosial mediada məşhurdur. Hətta Nail Allahverdiyevin o maşınla rəsmləri də uzun müddət mətbuatın gündəmində olub.

Emin Səfərov

 

 

 

 

Yenicag.az

 

www.yenicag.az

1168
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM