Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Qaçqınkom" sədrinin nəvəsinin maşınının yandığı dəhşətli qəzada ölən iki şəxsin adı məlumdur - FOTO

Bakının Heydər Əliyev prospektində dəhşətli qəzanın baş verdiyini xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşın 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.

Piyadalardan biri, 1943-cü il təvəllüdlü Əsədov Vaqif Ağamoğlan oğlu dünyasını dəyişib. Əldə etdiyimiz məlumata görə, zərbənin təsirindən onun başı əzilib və sol ayağı dizdən aşağı qopub. Bizdə olan bilgiyə görə, Əsədov Vaqifin ailəsi qəzadan xəbərsizdir. Onun cəsədi hazırda 5 nömrəli xəstəxananın morqundadır.

Digər iki piyada isə Türkiyə vətəndaşları olan ər və arvaddır. Mutallib Tekiş və xanımı Songül Tekiş xəstəxanaya çatdırılıb və hər ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə zamanı maşında yanaraq həlak olanlardan biri isə Nail Allahverdiyevin sürücüsü 1986-cı il təvəllüdlü Əliyev Mehdi Ramil oğludur. Onun cəsədi artıq ailəsinə təhvil verilib.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

546