“Qaçqınkom”un binasında intihara cəhd edən dünya çempionu imiş…

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd olub.

Yenicag.az intihara cəhd edən Natiq Novruzzadə ilə bağlı bir sıra məlumatları əldə edib.

Belə ki, Natiq Novruzzadə 4 idman növündən idman ustasıdır. Hərbi xidmətə yollanan zaman II qrup gözdən əlil olub. İndi isə görmə qabiliyyəti məhdudlaşdığı üçün, I qrup gözdən əlildir. Ali təhsillidir, yoldaşı da Prezident təqaüdçüsüdür. Üç azyaşlı övladı var.

Cüdo paralimpiya idman növündə iki dəfə Avropa üçüncüsü, bir dəfə dünya çempionatının bürünc mükafatçısı, dünya kubokunun gümüş medalçısıdır. Komanda şəklində də iki dəfə Avropa çempionu, eyni sayda da dünya üçüncüsü, bir dəfə dünya çempionu olub.

Natiq Novruzzadənin sağ gözü tamamilə görmür, sol gözünün görmə qabiliyyəti isə 3 faizə bərabərdir.

Emin Səfərov