Bakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd olub.
Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın qəbul şöbəsinin yerləşdiyi korpusa daxil olan şəxs pəncərəyə çıxaraq özünü atmaq istəyir.
Yenicag.az-a açıqlama verən müğənni Manaf Ağayev intihara cəhd edən şəxsin idmançı olduğunu qeyd edib:
“Maşında bir yoldaşla gedirdik. Qəfildən mənə zəng gəldi. Dedilər ki bir idmançı özünü binadan atmaq istəyir. Sənin sözünü eşidər. Bu fikrindən daşınar. Mən də ona görə gəldim. Nə problem olsa, yaşım az olmasına baxmayaraq, məni də bir ağsaqqal kimi aparırlar. Sözümü eşidirlər. Mən də qürurla gəldim ki, ola bilməz, məni eşitməsin. Füzulidəndi. Evində balası var, əziyyət çəkmiş adamdı. Mən də dedim ki, kömək edərəm. Yəqin ki anlaşmazlıq var. Həll olunar.”