Reklam

Reklam

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Texniki Universitetinin Bakı şəhəri Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Komitədən Yenicag.a-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri vəziyyətlə yerində tanış olub, orada yaşayan məcburi köçkünlərin problemlərini dinləyib, yataqxananın zirzəmi hissəsində yerləşən və nəmişlikdən yararsız vəziyyətə düşmüş otaqlara baş çəkib.

Görüşdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məcburi köçkünlərin problemlərinin həllinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bildirib.

R. Rzayev yataqxanada məskunlaşmış məcburi köçkünləri mayın 15-də Dövlət Komitəsində görüşə dəvət edib. Dövlət Komitəsinin sədri deyib ki, görüşün məqsədi məcburi köçkünlərin problemlərini daha dərindən öyrənməkdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 754
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    Click to Hide Advanced Floating Content