“Qadağa götürüldü, hava alın” – Xalq artisti kimə gözaydınlığı verdi?

“Dostlarımı da təbrik edirəm, artıq evdən çıxa biləcəyik. Çıxın, hava alın, amma zərurət yaranmadığı halda evdə qalaq. Sağlamlığımız üçün”.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış aktyor Tariyel Qasımov yaşı 65-dən yuxarı olan şəxslərə qoyulan qadağanın götürülməsinə görə dostlarına və həmkarlarına gözaydınlığı verib.

İki aydan artıqdır ki, ata yurdu Ağstafa rayonunda olan aktyor Bakıya qayıdan kimi ilk gedəcəyi yeri də açıqlayıb:

“”Aldanmış hisslər” serialında rol almışam. Bakıdan rejissor zəng edib ki, ay Tariyel müəllim, gəlin, çıxın da, çəkilişə başlayaq. Bilmirəm rayonlardan Bakıya getmək üçün qadağa götürülüb, ya yox? Gərək maraqlanım. Aktyor üçün ən gözəl istirahət yeri elə çəkiliş meydançasıdır. İlk gedəcəyim və dincələcəyim yer də ora olacaq”.

Cəvahir