Qadın 10-cu mərtəbədən yıxıldı

baki1Abşeron rayonunda bir neçə saat öncə qadın 10-cu mərtəbədən yıxılıb.

Abşeron Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə Abşeron Gənclər Şəhərciyində baş verib.
Qızının evinə qonaq gələn təxminən 70 yaşlı qadın ehtiyatsızlıqdan 10-cu mərtəbədən yıxılıb.
Hələ ki, şəxsiyyəti müəyyənləşdirilməyən qadın hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır(Qafqazinfo).