Qadın 5 və 2 yaşlı uşaqlarını öldürüb

Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində 31 yaşlı qadın iki övladını öldürüb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən xəbərinə görə, Rusiya İstintaq Komitəsinin yerli idarəsinin açıqlamasında bildirilir ki, qadın törətdiyi əməl barədə özü hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verib.

Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları 5 yaşlı qız və 2 yaşlı oğlanın meyitini aşkarlayıblar.

Uşaqların ölümünün səbəbi ekspertizadan sonra bəlli olacaq.

Faktla bağlı cinayət işi açılıb.

Yenicag.az