Qadın avtobusda sərnişinlərə bıçaqla hücum etdi – Kanadada

Kanadanın Ontario əyalətində bıçaqla silahlanmış qadın avtobusda sərnişinlərə hücum edib.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Qeyd olunur ki, həmin qadın polis tərəfindən saxlanılıb. Hadisənin motivləri məlum deyil.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı deyilir.