!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın ayrıldığı sevgilisinin həyatını CƏHƏNNƏMƏ ÇEVİRDİ: Onu dəlilik dərəcəsinə çatdırdı - FOTO

!Reklam – Yazi

İngiltərədə sevgilisindən ayrılan qadın onun həyatını cəhənnəmə çevirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 46 yaşlı Filippa Koplston ayrıldığı sevgilisinin başqası ilə münasibət qurduğunu öyrəndikdən sonra intiqam planı hazırlayıb.

Qadın eks-sevgilisinin evindəki səsli köməkçi “Alexa”nı hekləyərək onu dinləyib. Daha sonra əməli fəaliyyətə keçən Koplston “Alexa”ya keçmiş sevgilsini qorxutmaq üçün təlimatlar verib.

Evin işıqlarını qorxu filmlərindəki kimi yandırıb-söndürən qadın “eks”ini evdən qaçırmağı da bacarıb.

Bununla da yetinməyən Koplston onun “Facebook” hesabını ələ keçirərək çılpaq şəkillərini paylaşıb, keçmiş sevgilisinin qeyri-qanuni iki uşağının olduğu məlumatını yayaraq hesabın şifrəsini dəyişib.

Qadınla bağlı hüquqi prosesin başladıldığı bildirilir.

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv