!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın azyaşlı uşağının gözü önündə DÖYÜLDÜ - FOTO

!Reklam – Yazi

“Dünən iki qadın fiziki zorakılığa məruz qalıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, qadının biri içki düşkünü olan atası və qardaşı tərəfindən yeddi yaşlı övladının gözü qarşısında döyülüb:

“O, 37-ci polis bölməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.

Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm”.

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv