Sumqayıtda bıçaqlanma hadisəsi olub.
Yenicag.az xəbər verir ki, şəhər sakini 62 yaşlı Kifayət Nurməmmədova ilə bacısı 48 yaşlı Aygün Nurməmmədova arasında ailədaxili münaqişə yaranıb. Münaqişə sonda qanla nəticələnib. K.Nurməmmədova bacısını başından bıçaqlayıb.
A.Nurməmmədova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı K.Nurməmmədova saxlanılıb.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.