Qadın bacısının ərini qətlə yetirdi – Sumqayıtda

815061bb28f35d8afe1605b5f370df11Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Şəhər Prokurorluğundan verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında şəhər sakini Gülüstan Soltanova münaqişə zəminində bacısının həyat yoldaşı Rəşad Babayevi bıçaqlayaraq qətlə yetirib. G. Soltanova polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır(APA).