Martın 15-də qadın basketbolçular arasında Azərbaycan çempionatı start götürəcək.
Federasiyadan Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Qadınlar Liqası adı altında keçiriləcək 2 dövrədən ibarət yarışda 6 komanda mübarizə aparacaq.
Bunlar “AzStars”, “Alov”, “Neftçi”, “Xırdalan”, “Gəncə” və “Qaradağ” klublarıdır.
Reqlamentə əsasən, müntəzəm mövsümün sonunda ilk 4 pilləni tutan komandalar “dördlər finalı”nda çempionun adına aydınlıq gətirəcəklər. Çempionatın oyunları Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.