Boşandığı arvadını marketdə bıçaqladı

Gəncədə bıçaqlanma olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1999-cu il təvəllüdlü Ələsgərova Sevinc Telman qızı çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, bir azyaşlı övlad anası olan S. Ələsgərova bir il əvvəl boşandığı həyat yoldaşı tərəfindən işlədiyi marketdə bıçaqlanıb. Cinayəti törədən şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.