Hondurasta 55 yaşlı cinayətkar dəstə rəhbəri, qadın cildində həbsxanadan qaçmağa çalışıb.
Yeniçağ.Az xarici KİV-ə istinadən xəbər verir ki, Hondurasda məhkum təhlükəsizliyi yüksək şəkildə qorunan həbsxanadan qaçmağa cəhd edib. O bunun üçün qeyri-adi yola əl atıb. Belə ki, 55 yaşlı cinayətkar uzun ətək geyinib, sarı rəngli süni saç və süni sinə taxıb, dırnaqlarına isə çəhrayı rəngdə lak çəkib. Bir neçə yoxlanışdan keçməyi bacaran məhkum, həbsxana gözətçisi tərəfindən ələ keçirilib.
Gözətçi tanınmamaq üçün makyaj və eynəkdən istifadə edən kişidən şübhələnərək, ondan eynəyini çıxarmasını istəyib.
Məlum olub ki, məhkum həbsxanaya ziyarətçi olaraq gələn qadının cildinə girib, onun şəxsiyyət vəsiqəsi ilə qaçmağa cəhd edib. İndiyə qədər bir çox cinayətdə adı hallanan cinayətkar sonuncu dəfə insan öldürmə və qanunsuz silah gəzdirmə təqsirinə görə saxlanıb.
Yeniçağ.Az