Qadın əməliyyat zamanı öldü – Ağdamda

Ağdam rayonunda əməliyyat zamanı ölüm hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, Tərtər rayonu, Evoğlu kənd sakini Südabə Məmmədova Ağdam Rayon Mərkəzi Xəstəxanasına əməliyyat olunub.

Lakin qadın əməliyyatdan sonra xəstəxanada dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır./Report/