!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın əri tərəfindən 20 bıçaq zərbəsi aldı

!Reklam – Yazi

Kürdəmir sakini arvadına 20 bıçaq zərbəsi vurub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, kənd sakini, 23 yaşlı Dürbəst Nuralı qızı Bəkirova ilə əri, 33 yaşlı Rəcəb Qurban oğlu Bəkirov arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. Mübahisə zamanı R.Bəkirov həyat yoldaşına 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralı qadın ətrafdakıların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər üzərində cərrahiyə əməliyyatı aparılan yaralı qadının vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

D.Bəkirovanı bıçaqlamaqda şübhəli bilinən R.Bəkirovun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri başlanılıb.

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv