Qadın əsəbləşib boyunbağını uddu

Çinin Şandun əyalətində qadın 40 santimetr uzunluğunda qızıl boyunbağını udub.

Yenicag.az-ın məlumatına görə, 52 yaşlı qadın qohumları ilə mübahisə edərkən qızıl zənciri boynundan qoparıb və udmağa başlayıb.

Xəstəxanaya yerləşdirilən qadın zinət əşyasının çıxarılması üçün əməliyyat olunub.

Həkimlər əməliyyatın uğurla başa çatdığını bildirib. Boyunbağı mədə və bağırsaq sisteminə hər hansı bir zərər yetirməyib.

COP29