Qadın evində qətlə yetirildi-Bakıda

331839Bakıda qadın yaşadığı evdə qətlə yetirilib.

Xəzər rayon Prokurorluğundan bildiriblər ki, 1947-ci il təvəllüdlü Əzizə Həsənovanın – Şüvəlan qəsəbəsində yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətli törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır(trend).