Qadın gülərsə, dünya gülər… – İctimai Birlikdən 8 Martla bağlı tədbir (FOTOLAR)

Bu gün Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən “8 mart – Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə millət vəkili Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova çıxış ediblər. Onlar Azərbaycan cəmiyyətində qadının önəmli yer tutmasından söz açıblar.

Tədbirdə iştirak edənlər arasında Aprel şəhidlərinin xanımları, Xocalı dəhşətinin canlı şahidi, yazar Dürdanə Ağayeva, millət vəkilləri, ictimaiyyət nümayəndələri və media rəhbərləri olublar.