İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.
Yenicag.az xəbər verir ki, çempionatın dördüncü günündə gənc qızlardan ibarət yığmamızın 2 üzvü mübarizə aparıb. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.
53 kq-da mübarizə aparan Tatyana Varantsova İtaliya və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana Varantsova finala yüksəlib. Həlledici görüşdə Türkiyə idmançısına uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
53 kq
FİNAL – Zeynep Yetgil (TUR) – Tatyana Varantsova 10:0
1/2 final – Andrea Ana (ROU) – Tatyana Varantsova 0:10
1/4 final – Tatyana Varantsova – Yevgeniya Pavlova (UKR) 9:4
1/8 final – Carmen di Dio (İTA) – Tatyana Varantsova 0:10
65 kq
1/8 final – Elena Esposito (İTA) – Ceyla Nağızadə 10:4