Qadın həyat yoldaşı tərəfindən BIÇAQLANDI – Vəziyyəti ağırdır
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Məmmədəli Əhmədov küçəsində qeydə alınıb. 20-30 yaş arasında olan qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.