Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qadın hüquq müdafiəçiləri ETİRAZ BƏYANATI yaydılar

Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış müstəqil ekspertlər etiraz bəyanatı yayıb.

Yenicag.az bəyanatın tam mətnini təqdim edir:

Ölkəmizin müstəqilliyindən ötən müddət ərzində BMT və hökumətin birgə səyi nəticəsində Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində, qadınlara bərabər imkanların yaradılması üzrə genderyönlü siyasət formalaşdırmaqda dayanıqlı inkşaf əldə edilib.

Uzun illərdir BMT və Azərbaycan hökuməti birgə İnkişaf Proqramı çərçivəsində qadın hüquqlarının tam bərqərar olunmasına maneə yaradan stereotip və sosial mədəni adət-ənənənin qırılması üçün maarifləndimə ölkədə müsbət nəticələrini verir.

Azərbaycan hökuməti qadınların hüquqları və gender bərabərliyinin daha geniş şəkildə təşviq edilməsi sahəsində siyasətə diqqəti ölkədə bir sıra mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub.

Ancaq butün bunlarla bərabər, qadınların kişilərlə bərabər imkanlardan bəhrələnəcəyi və istifadə imkanı əldə edəcəyi cəmiyyətin əsaslarının möhkəmləndirilməsi istiqamətində qadın haqları üzrə ixtisaslaşmış QHT və ictimai fəalların görəcəyi işlər çoxdur.

Xatırlatmaq lazımdır ki, gender bərabərliyi yalnız əsas insan hüququ deyil, sülh, rifah və dayanıqlı cəmiyyət üçün zəruri təməldir.

Biz- qadın hüquqları sahəsində uzun illərdir fəaliyyət göstərən müstəqil ekspertlər

Azərbaycanda gender bərabərliyinin qorunması üçün dövlət siyasəti və bu siyasətin dayanıqlı təminatı mövcud olduğu halda;
Ölkədə qadın hüquqlarına cavabdeh dövlət qurumları tərəfindən hər hansı bir təhlükəli tendensiyanın mövcud olmadığı halda;

Ölkədə qadın siyasətinin formalaşmasına cavabdeh, qanunverici və icraedici qurumlarda hər hansı bir böhranlı konsepsiyaların işlənməsi, qəbulu və icrası müşahidə edilmədiyi halda;

Bu sahəyə dövlət qurumlarından hər hansı bir hansı təhlükə, maneələrin yaradılmadığı halda
Qadın hüquqları və gender bərabərliyi mövzuları ətrafında siyasiləşmiş, marjinal qrupların siyasi dividentlər əldə etmək məqsədi ilə yaratmağa çalışdığı gərginliyi ölkədə qadın problemlərinə faydalı deyil, ziyanlı hesab edirik.

Qadın hüquqları sahəsinin siyasi və ya marjinal qrupların etirazları ilə gözdən salınması prosesi müşahidə olunur.

Son illər bütün dünyada qadın problemlərinin siyasi qruplar tərəfindən alət kimi istifadə olunması qlobal səviyyədə bu sahəyə diqqətin haçalanmasına səbəb olub.

Qadının fərdi azadlıqlarının müdafiəsi çərçivəsində onun sağlam həyat, sağlam ailə, erkən nikah, təhsil və karyera imkanları və s. kimi mövzuları qadın, eləcə də cəmiyyət üçün daha vacib, daha faydalı hesab edirik.

Qeyd edirik ki, qadın haqlarının cəmiyyətdə seks və cinsi azadlıqların qabardılması görünütüsü ilə təqdimatı ümumiyyətlə, qadın hüquq və azadlıqlarının müdafiəsi mövzusunun cəmiyyətdə gözdən salınması ilə nəticələnir.

Azərbaycan cəmiyyətində qadın hüquqları təqdimatı ənənəvi qadın-ana kontekstindən deyil, həmçinin qadının cəmiyyətin tarazılığının qarantı, uğurlu ictimai, siyasi və biznes simi olaraq tanınması üçün vacibdir.
Belə təqdimatların qadına və yekun nəticə olaraq cəmiyyətə təqdimatının daha faydalı olmasına qəti əminik.

Son illər qlobal səviyyədə radikal çağırışların feminizm adının fobiya və qorxuya cevrilməsi ilə müşahidə edilir. Feminizm siyasi alət olaraq bütün dünyada cəmiyyətləri parçalanmağa yönəlik alət kimi istifadə olunmaqdadır.

Bunun nəticəsində radikal feminizm kimi bir cərəyanı formalaşıb.

Qlobal səviyyədə beynəlxalq platformalarda müxtəlif lobbi qrupları radikal feminizmin inkişafı üçün səyləri ənənəvi feminist təsəvvürlərinin sıradan çıxması və bu mövzunun gözdən salınması ilə nəticələnir.

Təəssüf hissi ilə qeyd edirik ki, eyni proses Azərbaycanda da müşahidə olunur və ənənəvi feminist yanaşmadan kənarda radikal feminizm elementlərinin cəmiyyətimizə ixracı bu mövzunu gözdən salır.

Azərbaycan hökumətini belə elementlərin cəmiyyətə ixracı sahəsinə diqqət yetirməklə, ölkəmizdə feminizmin qorxu və fobiyaya çevirilməməsi üçün dayanıqlı dəstək göstərməyə çağırırıq.

Beynəlxalq təşkilatları və onların Azərbaycandakı nümayəndəliklərini radikal feminizm elementlərinin ölkəyə ixracı prosesində iştirak etməməyə çağırırıq.
Bu prosesin BMT və Azərbaycan hökumətinin birgə səyi nəticəsində Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində kişilərin iştirakı ilə qadınlara bərabər imkanların yaradılması üzrə genderyönlü siyasət formalaşdırmaqda əldə olunmuş dayanıqlı inkşaf üçün ziyanlı hesab edirik.

Bu baxımdan aşağıda narahatlıq doğuran tezislərimizi təqdim edirik:

Feministlərin çağırışları 1920-ci illərin çağırışları olmaqla, artıq köhnəlib;
Qadın bədəninin qadın azadlığı ilə simvolizə olması qadına qarşı zorakılıqdır;

Bu qəbildən çağırışlar, sloqanlar qadın əhali üçün real təhlükə yaradır;

Bu çağırışlar ailədə zorakılığa yol açır;
Böhranlı konsepsiyalar, qadın və kişi rollarında qütbləşmə, qarşıdırma yaradır
Hazırda bütün dünya qadın hüquq bərabərliyində, gender identifikasiyasında kişilərin prosesdə iştirakını təmin etməkdə görür;

BMT və digər donor təşkilatlar tərəfindən bu günə qədər ölkədə aparılan müsbət dəyişiklərin həyata keçirilməsinə təhdid yaranır;

Donor təşkilatlar ölkədə belə böhranlı konsepsiaların icrasına dəstək verməməlidir;

Hökumət tərəfindən qadın hüquqlarına təhdid müşahidə edilmir;

Müasir dünyanın sloqanları qadınların son texnologiyalara çıxısı və iqtisadi inkişafına xidmət etməlidir;

Qadın hüquqlarının reallaşmasında hüquqi əlatlərdən istifadə daha etibarlıdır;

Etiraz edənlərin fikrini linç etmə, balanslı münasibət bildirməmək qadın hüquqlarının reallaşmasında qarşıdurma yaratmağa xidmət edir.

Gələcək fəaliyyətin daha uğurlu qurulması və nəticəyönümlülük üçün yuxarıda göstərilən tezislərin nəzərə alınmasında məqsəduyğun hesab edirik.

Bəyanatı Mehriban Zeynalova, Mirvari Qəhrəmanlı, Zemfira Mustafayeva, Südabə Məmmədova, Kübra Ələkbərova, Sevil Allahverdiyeva, Gülaye Səfərova, Vüsalə Huseynli,Yeganə Hacıyeva imzalayıb.

Loading...

www.yenicag.az

193
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100