Qadın idmançımız Las-Veqas kazinosunda pul uddu

Azərbaycanın qadınlardan ibarət güləş üzrə milli komandasının üzvü, üçqat olimpiya mükafatçısı Mariya Stadnik kazinoda pul udub.

Yeniçağ.az xəbər verir ki, bu barədə Belarus yığmasının güləşçisi Mariya Mamoşuk danışıb. Belarus millisinin üzvünün bildirdiyinə görə, hadisə Las -Veqasda baş verib:

“Las -Veqasda dünya çempionatında iştirak edərkən çox sayda kazino gördüm. Özü də ora təkcə kişilər yox, qadınlar da gedirdi. Əksər güləşçilər da kazinoda idi. Hətta Azərbaycan millisində çıxış edən Mariya Stadnik də kozinoda 400 dollar uddu. Mən də bəxtimi sınadım, amma alınmadı.15 dollar uduzub, çıxdım”.

Qeyd edək ki, Mariya Stadnik 2015-ci ildə Las-Veqasda keçirilən Dünya çempionatının finalına çıxsa da, gümüş medalla kifayətlənmişdi.

Xatırladaq ki, Mariya Stadnik 2007-ci ildən Azərbaycan yığmasında çıxış edir. O, 3 dəfə Olimpiya mükafatçısı (2 gümüş, 1 bürünc), Dünya və beşqat Avropa çempionu, Avropa Oyunlarının qalibidir.

Yeniçağ.az