Qadın jurnalist amansızlıqla qətlə yetirildi

“Financiero” qəzetinin əməkdaşı Alisiya Dias Qonsalesin cəsədi Monterrey şəhərindəki evində aşkarlanıb. Cəsədin boyun nahiyəsində çox sayda bıçaq yarası olub.

Yenicag.az xəbər verir ki, Meksikanın Nuevo-Leon ştatının prokurorluğunun məlumatına görə, cinayətin motivləri hələlik bəlli deyil. Qətlə yetirilən jurnalistin həmkarları onun həssas informasiyalara toxunmadan yerli kompaniyaların fəaliyyətini və vergi mövzusunu işıqlandırdığını bildiriblər.

İnsan haqları üzrə milli komissiya ştat prokurorluğunu ləngimədən təhqiqata başlamağa və lazım gələcəyi təqdirdə onun yaxınlarını qorumağa çağırıb. 52 yaşlı jurnalist qadının cəsədinin onun oğlu tərəfindən aşkarlandığı bildirilir.

COP29