Rusiyada qadın keçmiş sevgilisi ilə yeni məşuqəsini diri-diri yandırmağa cəhd edib.
Yenicag.az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Podyelskdə baş verib.
Belə ki, keçmiş sevgilisinin yeni bir xanımla münasibət qurduğunu öyrənən qadın böyük qısqanclıq keçirib.
Gecə keçmiş sevgilisi ilə məşuqəsinin evinə gedərək onlar yatarkən mənzili yandırıb.
Xoşbəxtlikdən yuxudan oyanan cütlük çölə çıxmağı bacarıb.
Qısqanc qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Ona 15 ilə qədər həbs cəzası verilməsi gözlənilir.