“Adamın şəklinin yanında elə adamların şəklini qoyub paylaşırlar ki…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova “Tarixin bir günü” verilişində deyib.
Sənətçi qadın kimi xoşbəxt olmadığını etiraf edib:
“Xoşbəxt ola bilmərəm, çünki tamam olmayan müəyyən nüanslar var. Allaha şükür ki, övladlarım var, Allah onları qorusun, əsas onlardır. Mənim üçün hər şey uşaqlarımdan və sənətimdən ibarətdir. Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam. Bəzən elə şeylər danışırlar, elə şeylər uydururlar ki, adamın şəklinin yanında elə adamların şəklini qoyub paylaşırlar ki…”
Qeyd edək ki, göz yaşları sənətçinin fikrini tamamlamasına imkan verməyib.
Nehru