Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görə, rayonun Çaylı kənd sakini 1990-cı il təvəllüdlü Sanıyev Səməd Maksim oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Qazax Rayon Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdirilib. O, əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, hadisə münaqişə zəmnində bir qadın tərəfindən törədilib.
Faktla bağlı araşdırma aparılır./APA/