Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, təxminən 35-40 yaşlarında olan qadın Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında bıçaqlanıb.
Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub. Zərbələrdən biri onun ürək nahiyəsinə tuş gəlib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisənin təfərrüatlarını Binəqədi polisi və prokurorluğun istintaqçıları araşdırır. Hadisənin motivi hələlik məlum deyil.